www.mlspp.gov.az
Azərbaycanca   English 21.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
09.06.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 130 nəfər əlilliyi olan şəxs Quba və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərildi

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərdən daha 130 nəfəri istirahətə yola salınıb. Onlardan 50 nəfəri Quba rayonunda, 80 nəfəri isə Xaçmaz rayonunda (Nabran) yerləşən istirahət mərkəzlərində dincələcəklər.

Xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə yola salınan əlilliyi olan insanlar maddi təminatlarının artırılması istiqamətində ardıcıl olaraq mühüm addımların atılmasından və reabilitasiya tədbirlərindən razılıqlarını ifadə ediblər. Onlar  göstərilən diqqət və qayğıya, o cümlədən hər il yaz-yay mövsümündə əlilliyi olan şəxslərə ölkəmizin səfalı guşələrində istirahət etmələri üçün şərait yaradılmasına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”nda nəzərdə tutulan tədbirlərdən biri də əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkilidir. Bununla  əlaqədar cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulub. Ötən aydan etibarən artıq 510 nəfər əlilliyi olan şəxs istirahətə göndərilib. Onlardan 300 nəfərin Lənkəran, 160 nəfərin Xaçmaz, 50 nəfərin isə Quba rayonundakı istirahət mərkəzlərində istirahəti təşkil olunub.

Qeyd edilən Proqramda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyası, sağlamlıqlarının mühafizəsi və tibbi bərpası, bədən tərbiyəsinə, idmana cəlb edilmələri və s. tədbirlər də əksini tapır. Hazırda bu istiqamətlərdə də müvafiq işlər aparılır. Həmçinin bu təbəqələrdən olan insanların reabilitasiya yönümlü sosial xidmətlərlə təmin olunmaları üçün nazirliyin sifarişləri əsasında layihələr icra olunur.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.