www.mlspp.gov.az
Azərbaycanca   English 27.07.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
05.06.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 100 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb

Artıq 400 nəfərə yaxın əlilliyi olan şəxsin istirahətə göndərilməsi təmin olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin ölkəmizin səfalı guşələrində istirahətinin təşkili işlərinin davamı kimi, bu təbəqədən olan 100 nəfər vətəndaş Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə yola salınıb.

Həmin insanların yola salınması zamanı vurğulanıb ki, bu tədbir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq təşkil olunur. Nazirlik cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi olan şəxsi istirahət mərkəzlərinə göndərməyi planlaşdırıb. Onlardan artıq 400 nəfərə yaxın əlilliyi olan şəxsin Lənkəran və Xaçmaz rayonlarındakı istirahət mərkəzlərinə göndərilməsi təmin olunub. Qalan şəxslər də mövsüm ərzində yola salınacaqlar.

Əlilliyi olan şəxslərin həmin mərkəzlərdə istirahət etmələri üçün lazımi şərait yaradılıb. Göndərilən insanlar da istirahət müddətini başa vurub qayıtdıqdan sonra onlara göstərilən xidmətlərdən məmnunluqlarını ifadə edirlər. Əliliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən olunmuş müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.

İstirahətə yola salınan əlilliyi olan şəxslər belə bir tədbirin təşkil olunmasından, ümumən sosial cəhətdən həssas əhali qruplarına cəmiyyətin digər üzvləri ilə bərabər imkanlar yaradılması üçün aparılan işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar bütün sahələrdə dövlət qayğısı ilə əhatə olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.