www.mlspp.gov.az
Azərbaycanca   English 22.06.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
02.06.2017

Azərbaycan nümayəndə heyəti Beynəlxalq Əmək Konfransının 106-cı sessiyasında iştirak edəcək

İyunun 5-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının 106-cı sessiyası öz işinə başlayacaq.

Sessiyada ölkəmizi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun rəhbərlik etdiyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rəhbər şəxslərindən ibarət nümayəndə heyəti təmsil edəcək.

Tədbirin gündəliyinə BƏT-in Baş direktorunun və Rəhbər Orqanının sədrinin məruzələri, BƏT-in Konvensiya və Tövsiyələrinin icra vəziyyəti, “Sülh və istiqrar naminə layiqli əmək: Məşğulluqla bağlı (müharibədən sülhə keçid)” 1944-cü il tarixli, 71 nömrəli Tövsiyənin nəzərdən keçirilməsi, həmçinin BƏT-in 2008-ci ildə qəbul edilmiş “Dürüst qloballaşma naminə sosial ədalət haqqında” Bəyannaməsinə əsasən əmək sahəsində fundamental prinsip və hüquqların strateji hədəflərinə dair müzakirə, 2017-2020-ci illər üçün BƏT-in Rəhbər Orqanına seçkilər və digər məsələlər daxildir.  

Sessiyanın iyunun 7-də keçiriləcək plenar iclasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin çıxışı nəzərdə tutulur.

Tədbir çərçivəsində BƏT-in Baş direktoru və digər rəhbər şəxsləri, həmçinin sessiyada iştirak edəcək bir sıra üzv dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşlərin keçirilməsi də planlaşdırılır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.