www.mlspp.gov.az
Azərbaycanca   English 22.06.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
24.05.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 100 nəfər əlilliyi olan şəxsi istirahət mərkəzinə göndərib

Nazirlik bu ay ərzində 200 nəfər  əlilliyi olan şəxsin mənalı istirahətini təşkil edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na uyğun olaraq, daha 100 nəfər əlilliyi olan şəxs Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.

 “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari ilin yaz-yay mövsümündə 1100 nəfərdən çox əlilliyi olan şəxsin ölkəmizin səfalı guşələrində yerləşən istirahət mərkəzlərində dincəlmələrinə şərait yaradılacaq. May ayının ilk yarısından bu işlərə başlanılıb və  artıq 200 nəfər əlilliyi olan şəxsin istirahətə göndərilməsi təmin olunub. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və istirahət müddəti bitdikdən sonra geri qaytarılması xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə həyata keçirilir. Bu işlərlə bərabər, əlillərin maddi təminatlarının gücləndirilməsi, onların reabilitasiya potensiallarının reallaşdırılması üçün kompleks tibbi-sosial reabilitasiya tədbirlərinə cəlb edilməsi, cəmiyyətə inteqrasiya imkanlarının artırılması  və s. istiqamətlərdə  də tədbirlər davam etdirilir.

Yola salınan insanlar yaz-yay mövsümündə mənalı istirahətlərinin təşkil olunması üçün görülən işlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar bu tədbirin Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial cəhətdən həssas qruplara, o cümlədən əlilliyi olan şəxslərə diqqət və qayğısının növbəti təzahürü olduğunu bildirib, dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.