www.mlspp.gov.az
Azərbaycanca   English 23.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
10.05.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollektivi  Fəxri Xiyabana gələrək Ulu öndərimizin məzarını ziyarət edib, abidəsi önünə gül-çiçək dəstələri düzüb. 

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin fəxr və qürur hissi doğuran səhifələrindən biridir. 1969-82-ci illərdə Azərbaycanın bütün sahələrdə tənəzzüldən tərəqqiyə doğru dönüşünü təmin edən Ulu öndərimiz 1993-cü ilin iyun ayında xalqımızın iradəsi ilə ölkəmizə yenidən rəhbərliyə qayıtdıqdan sonra müstəqil Azərbaycan dövlətinin qurulması və ildən-ilə inkişaf etdirilməsi kimi olduqca çətin və şərəfli tarixi vəzifəni də yüksək səviyyədə həyata keçirib. Ümummilli liderimiz Heydər Əliyev müstəqil ölkənin güclü iqtisadi potensialının formalaşdırılmasına yönələn uğurlu islahatların müəllifi olmaqla, eyni zamanda,  yeni iqtisadi münasibətlərə uyğun etibarlı sosial müdafiə sisteminin qurulması, milli iqtisadiyyatın sosialyönümlü inkişafı, əhalinin rifah halının yüksəldilməsi istiqamətində də mühüm tədbirlərin həyata keçirilməsini təmin edib.  Təsadüfi deyil ki, 1995-2003-cü illərdə respublikamızda sosial rifah göstəricilərinin ildən-ilə əhəmiyyətli şəkildə yüksəlməsi müşahidə olunub, o cümlədən pensiya və müavinətlərin orta aylıq məbləği  8 dəfə, orta aylıq əmək haqqı 6 dəfədən çox artıb.

Ümummili liderimiz Heydər Əliyevin müdrik və uzaqgörən siyasi kursunun 2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, bütün sahələrdə olduğu kimi, sosial sahədə də ölkəmizin mühüm nailiyyətlər əldə etməsinə imkan verib. Bunun əməli təsdiqi kimi, son 13 ildə respublikamızda ümumdaxili məhsul istehsalı 8,4 dəfə, əhalinin gəlirləri 7,9 dəfə, orta aylıq əmək haqqı 6,4 dəfə, eləcə də 2006-cı ildən qurulan müasir sığorta pensiya sistemi, məqsədyönlü sosial müdafiə tədbirləri nəticəsində pensiyaların orta aylıq məbləği 6,4 dəfə artıb, ölkədə 1,7 milyon iş yeri açılıb, yoxsulluq və işsizlik səviyyəsi 5 faizə enib. 

Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək səviyyədə davam etdirdiyi inkişaf strategiyası qarşıdakı dövrdə də Azərbaycana bütün sahələrdə möhtəşəm uğurlar gətirəcəkdir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.