www.mlspp.gov.az
Azərbaycanca   English 27.05.2017 - cı il
Xəbər lenti

Azərbaycanın əmək və məşğulluq sahəsində islahatlar gündəliyi Beynəlxalq Əmək Təşkilatının mənzil-qərargahında təqdim olunub                    Azərbaycanda məşğulluq və inkişaf təlimçilərinin milli şəbəkəsi yaradılıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
03.05.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş idman yarışları başa çatıb (VİDEO)

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin struktur bölmələrinin əməkdaşları arasında təşkil olunan idman (mini-futbol və şahmat) yarışları başa çatıb.

Mini-futbol turnirinin qalib komandaları arasında keçirilən final yarışını nazirliyin rəhbərliyi də izləyib.

Qalib komandanın üzvlərinə  kubok və medalların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin öz xalqının müqəddəratını tənəzzüldən inkişafa doğru dəyişən, bu istiqamətdə müdrik siyasi kursu, zəngin dövlətçilik təcrübəsi, yorulmaz fəaliyyəti ilə tarixin ən şərəfli səhifələrini yazan görkəmli şəxsiyyətlər sırasında əbədi yer tutduğunu vurğulayıb. Nazir müstəqil Azərbaycan dövlətinin qurulması və  uzunmüddətli inkişaf yoluna səfərbər olması üçün Ulu Öndərimizin misilsiz xidmətlərindən bəhs edib: “Dövlət quruculuğu prosesini əhalinin sosial maraqlarının təminatı prinsipindən ayırmayan Heydər Əliyev bazar iqtisadiyyatının formalaşmasına yönələn islahatlar şəraitində dövlətin etibarlı sosial müdafiə sisteminə malik olması üçün vacib əsasların  yaradılmasını təmin etmişdir. Heydər Əliyevin imzaladığı sənədlər nəticəsində 1995-2003-cü illərdə pensiya və müavinətlərin orta aylıq məbləğinin 8 dəfə, habelə orta aylıq əmək haqqının 6 dəfədən çox artırılmasına,  əmək və sosial təminat, məşğulluq, əlilliyin qarsısının alınması və reabilitasiyası üzrə hüquqi bazanın yaradılmasına nail olunmuşdur. Eyni zamanda, Ulu Öndərin təsdiq etdiyi Pensiya İslahatı Konsepsiyası ölkədə mütərəqqi dünya təcrübəsinə uyğun sığorta-pensiya sisteminin qurulmasına şərait yaratmışdır”.

S.Müslümov diqqətə çatdırıb ki, Heydər Əliyevin milli inkişaf strategiyasının  Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən bütün istiqamətlər üzrə yüksək səviyyədə davam etdirilməsi 2003-2016-cı illər ərzində ölkədə ümumi daxili məhsul istehsalının 8,4 dəfə, orta aylıq əmək haqqının 6,4 dəfə, əhalinin gəlirlərinin 7,9 dəfə artması ilə nəticələnib: “Heydər Əliyev tərəfindən formalaşdırılan və Prezident cənab İlham Əliyevin xüsusi qayğısı nəticəsində ildən-ilə güclənən dövlət sosial müdafiə sistemi bu gün əhatəliliyi ilə seçilən bir sistemdir. Müasir sığorta-pensiya sisteminin mövcud olduğu son on ildə pensiya sisteminin büdcəsi 5,8 dəfə çoxalmaqla, əmək pensiyalarına yönələn xərclərdə 5,9 dəfə, pensiyaların orta aylıq məbləğində 6,4 dəfə artım qeydə alınıb. Sosial müavinət və yardımların, təqaüdlərin də mütəmadi artırılmasına nail olunub”. Dövlət başçısının tapşırıqları əsasında son illərdə əmək və sosial müdafiə sisteminin müasir texnologiyaların geniş tətbiqi şəraitdə modernləşdirildiyini qeyd edən nazir müvafiq sahələr üzrə əhaliyə elektron müstəvidə sürətli, rahat və şəffaf xidmətlərə çıxış imkanları yaradıldığını bildirib.

“Ölkəmizdə idmanın inkişafına Heydər Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyi nəzərə alınaraq, hər il Ulu Öndərimizin anadan olmasının ildönümü münasibətilə ənənəvi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idman turnirləri təşkil olunur. Cari ildə də bu ənənə davam etdirilib, nazilrik əməkdaşları arasında mini-futbol və şahmat yarışları təşkil olunub və bu yarışlar artıq yekunlaşıb. Bu tədbirlər idmanın kütləviliyinin artırılması, gənclər arasında sağlam həyat tərzinin təbliği yönündə aparılan fəal dövlət siyasətinə dəstək məqsədi daşıyır”,  deyə S.Müslümov vurğulayıb.

Daha sonra nazir ilk yerləri tutan qalib komandaların üzvlərinə  kubok və medalları təqdim edib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.