www.mlspp.gov.az
Azərbaycanca   English 21.11.2017 - cı il
Xəbər lenti

Yeni Azərbaycan Partiyasının əsas ideyası olan sosial dövlət prinsipi sosial ədalətin bərqərar edilməsini vacib şərtə çevirmişdir                    Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində tərəfdaş ölkələrlə təcrübə mübadiləsi aparılır

İctimaiyyətlə əlaqələr / Xəbərlər
06.04.2017

Sağlamlıq imkanları məhdud gənclər İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcəklər

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzinə qəbul olunan gənclərin sosial reabilitasiyası və cəmiyyətə fəal inteqrasiyasının dəstəklənməsi istiqamətində də mühüm tədbirlər görülür.
   Bu tədbirlərin davamı kimi, hazırda mərkəzdə peşə təlimi kurslarında olan gənclərdən 14 nəfəri və mərkəzin məzunlarından 11 nəfəri, ümumilikdə 25 nəfər gənc də 2017-ci ilin may ayında Bakı şəhərində keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcəklər. IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsi tərəfindən həmin gənclərin bu Oyunlarda könüllü kimi iştirakı artıq qeydiyyata alınaraq təsdiqlənib.
   Gənclər göstərilən etimada layiq olaraq, bu mötəbər tədbirdə də könüllü kimi özlərini uğurla doğrultmaq əzmindədirlər. Onlardan bir çoxu ötən dövrdə ölkəmizdə yüksək səviyyədə keçirilən  “Bakı-2015” ilk Avropa Oyunlarının, “Formula-1” üzrə Avropa Qran-pri yarışlarının könüllüləri sırasında olublar. Bu tədbirlərdə onlar könüllü kimi uğurlu fəaliyyətlərinə görə sertifikatlara layiq görülüblər.  Əvvəlki idman tədbirlərində olduğu kimi, İslam Həmrəyliyi Oyunlarında da könüllü kimi fəal iştirak etmək, bu yarışların yüksək səviyyədə təşkilinə töhfələrini vermək əzmində olan sağlamlıq imkanları məhdud gənclər bundan qürur hissi keçirir, onlarda öz güclərinə, potensiallarına inam hissi daha da artır.
   Mərkəzdə peşə hazırlığı kurslarını artıq başa vurmuş və İslam Həmrəyliyi Oyunlarında könüllü kimi iştirak edəcək gənclər də könüllü iştirakla bağlı təlimlərin və Oyunların keçirildiyi müddətdə mərkəzdə yerləşdiriləcək, dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə təmin olunacaqlar.
   2013-cü ilin dekabrında Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı olan Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi bu təbəqədən olan gənclərin əmək bazarına çıxış imkanlarına malik olmalarında mühüm rol oynayır.  Ötən dövrdə Mərkəzdə 1050 nəfərə yaxın sağlamlıq imkanları məhdud gənc kompyuter istifadəçisi və kompyuter dizayneri, dərzi, bərbər, toxuculuq, ağac üzərində oyma, rəssamlıq, kulinariya, xalçaçılıq, rəssamlıq, toxuma və s. peşələr üzrə peşə hazırlığı kurslarına qəbul olunub.
   Mərkəzə peşə hazırlığı kurslarına qəbul edilən gənclərin peşə təlimi müddətində burada dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təminatı həyata keçirilməklə, həmçinin onlar üçün sosial reabilitasiya yönümlü müxtəlif tədbirlər təşkil olunur.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.