www.mlspp.gov.az
Azərbaycanca   English 19.08.2017 - cı il
Xəbər lenti

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 73 473 manat məbləğində vəsaitin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib                    Cari ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 5 milyon 970 min 381 müraciət qeydə alınıb

İctimaiyyətlə əlaqələr / Xəbərlər
14.03.2017

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

   Cari ilin yanvar-fevral aylarında vətəndaşlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanlanan müraciətlərin bir qismində sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsinin gecikdirilməsi halları əksini tapıb.
   Həmin müraciətlərlə əlaqədar Xidmətin həyata keçirdiyi tədbirlər nəticəsində yanvar-fevral aylarında işəgötürənlər tərəfindən 53259 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin olunub. Qeyd olunan vəsaitin 97,7 faizini əmək haqları, 1,6 faizini işəgötürənlər tərəfindən ödənilməli olan sosial müavinət və kompensasiyalar, qalan hissəsini isə zərərə görə ödənclər təşkil edib.  Görülən tədbirlərlə yanaşı, Xidmətin əməkdaşları tərəfindən işəgötürənlərə əmək haqqı və digər sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin aidiyyəti maddələri barədə hüquqi izahatlar da verilib.
   Ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad edilmə ilə bağlı müraciətləri də obyektiv şəkildə araşdırılıb. Qanunvericiliyin tələblərinə uyğun olmadan əmək müqaviləsinə xitam verildiyi müəyyən olunan şəxslərin yenidən əvvəlki işlərinə bərpa edilmələri təmin olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.