www.mlspp.gov.az
Azərbaycanca   English 22.01.2018 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa mərkəzlərində ötən il 39 762 nəfərə reabilitasiya xidmətləri göstərilib                    2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  3,9 min nəfəri peşə kurslarına, 105,3 min nəfəri isə peşəyönümü tədbirlərinə cəlb edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
06.03.2017

Özünüməşğulluq proqramı işsiz və işaxtaran vətəndaşların ailə bizneslərini qurmalarına geniş imkanlar yaradır (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı dövlət məşğulluq siyasətində keyfiyyətcə yeni bir mərhələ açmaqla, işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmaqla özünüməşğulluğuna, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Sərəncamın icrası olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən işsiz və işaxtaran şəxslərin özünüməşğulluq fəaliyyətinin təşkili üçün onların aktivlərlə təminatı həyata keçirilir.
Azərbaycan Dövlət Televiziyasının “Əsas məsələ” verilişində dövlət başçısının qeyd edilən Sərəncamının icrası sahəsində görülən işlər, özünüməşğulluq proqramının əhalinin məşğulluq imkanlarının artırılmasında əhəmiyyəti, proqramın gələcək perspektivləri və s. barədə ətraflı bəhs olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.