www.mlspp.gov.az
Azərbaycanca   English 25.03.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş olub                    Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

İctimaiyyətlə əlaqələr / Xəbərlər
01.03.2017

Cari ilin yanvar-fevral aylarında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən istehsalatla əlaqəli 30 bədbəxt hadisə qeydə alınıb

Bu hadisələr nəticəsində 10 nəfər həlak olub, 22 nəfər  xəsarət alıb

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-fevral ayları ərzində  istehsalatla əlaqəli 30 bədbəxt hadisənin (o cümlədən qrup halında baş vermiş 1 istehsalatla əlaqəli bədbəxt hadisənin) qeydiyyatı aparılıb.
   Həmin  hadisələr nəticəsində 10 nəfər həlak olub, 22 nəfər  xəsarət alıb. İstehsalatla əlaqəli bədbəxt hadisələrin əsasən tikinti, mədənçıxarma, emal, enerji, nəqliyyat və s. sektorlarunda baş verdiyi müəyyən edilib. Dövlət Əmək Müfəttişliyi Xidməti baş vermiş istehsalat qəzaları ilə bağlı aidiyyəti üzrə təhqiqat işlərinin aparılmasını təmin edib. Qeyd olunan hadisələrin təhqiqatı zamanı həmin iş yerlərində  əməyin mühafizəsi və istehsalatda təhlükəsizlik qaydalarının, işçilərin həyat və sağlamlığının qorunması üçün önləyici tədbirlərin lazımi səviyyədə təşkil olunmadığı, bir sıra hallarda işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilmədiyi və hətta əməyin mühafizəsi ilə bağlı təlimatlandırılmadığı faktları aşkar olunub. Aparılmış təhqiqat işlərinin nəticələri əsasında qanunvericiliyə uyğun şəkildə tədbirlərin görülməsi təmin edilib.
   Son illərdə Xidmətin fəaliyyətinin mühüm bir istiqaməti də iş yerlərində əməyin mühafizəsi norma və qaydalarının tətbiqi ilə bağlı işəgötürənlər arasında təbliğat-maarifləndirmə tədbirlərinin təşkilinə, onların müvafiq mövzuda məlumatlılıq səviyyələrinin artırılmasına yönəlib.
   Ötən ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “İstehsalatda baş verən bədbəxt hadisə barədə aidiyyəti dövlət strukturuna məlumatların verilməsi” elektron xidməti işəgötürənlərin istifadəsinə verilib. Bu e-xidmət istehsalatda baş vermiş bədbəxt hadisələr barədə işəgötürənlər tərəfindən Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verilməsi prosesinin elektron qaydada  həyata keçirilməsinə, bu sahədə  işəgötürənlərin imkanlarının genişlənməsinə, istehsalatla əlaqəli bədbəxt hadisələrlə bağlı təhqiqat işinin operativ şəraitdə və müasir tələblərə uyğun təşkil edilməsinə şərait yaradıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.