www.mlspp.gov.az
Azərbaycanca   English 21.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
12.06.2017

Yanvar-may aylarında “İş yerinə dair arayış” elektron xidmətinə 111,5 mindən çox müraciət qeydə alınıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Elektron hökumət” portalı üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidmətinə ötən ay əvvəlki aprel ayı ilə müqayisədə 6 faiz çox olmaqla 24 482 dəfə müraciət olunub.

Ölkəmizin  elektron arayış sistemində  mühüm yer tutan bu e-xidmət kağız arayışların elektron arayışlarla əvəzlənməsində əhəmiyyətli rol oynayıb. Mövcud autentifikasiya vasitələrindən istifadə etməklə “İş yerinə dair arayışın verilməsi” elektron xidmətini seçən istifadəçi prosedurlara uyğun məlumatları tam doldurduqda elektron informasiya-sistem tərəfindən onun sorğusu qəbul olunur. Bundan sonra o, iş yerinə dair arayışı bu sistemdən real vaxt rejimində əldə edə bilir. İş yerinə dair arayışı aidiyyəti quruma elektron şəkildə göndərmək, həmçinin çap edərək kağız şəklində təqdim etmək mümkündür. Arayışı qəbul edən təşkilat isə orada əksini tapan məlumatların düzgünlüyünü, fərdi məlumatların dəqiqliyini portaldakı xüsusi xidmət vasitəsilə yoxlamaq imkanına malikdir.

“İş yerinə dair arayış” e-xidmətinə cari ilin yanvar-may aylarında 111,5 mindən çox, istifadəyə verildiyi 2014-cü ilin sonlarından bu ilin 01 iyun tarixinə qədər isə 564 392 dəfə müraciət olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.