www.mlspp.gov.az
Azərbaycanca   English 23.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
18.05.2017

Cari ilin 4 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili və  peşəyönümü tədbirləri 47,8 min nəfərə yaxın şəxsi əhatə edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən peşə hazırlığıvə əlavə təhsil kurslarının təşkili və  gənclər üçün peşəyönümü tədbirləri cari ilin 4 ayında 47,8 min nəfərə yaxın şəxsi əhatə edib.

Belə ki, bu ilin yanvar-aprel aylarında nazirlik tərəfindən 1 603 nəfər (o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin  xətti ilə 1 547  nəfər və nazirliyin 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində 56 nəfər) şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunub. Kurslarda vətəndaşlara kompyuter istifadəçisi, dərzi, elektrik montyoru, mebel quraşdırıcısı, xalçaçılıq, qənnadçı, avtomobil təmiri üzrə çilingər, əməliyyatçı mühasib, elektrik qaynaqçısı, bərbər və s. peşələr öyrədilib. Kurslara cəlb edilənlərin 132  nəfəri əlilliyi olan şəxslərdən ibarət olub. Peşə hazırlığı və əlavə təhsil kurslarını başa vurduqdan sonra məzunlara peşə şəhadətnamələri verilib.

Qeyd olunan dövrdə Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi məqsədilə həyata keçirilən peşəyönümü tədbirlərinə isə əsasən yuxarı sinif şagirdlərindən ibarət 46 161 nəfər gənc cəlb edilib. Bir sıra hallarda valideynlərin də iştirakı ilə keçirilən peşəyönümü tədbirlərində gənclərin düzgün peşə və ixtisas seçiminin onların gələcəkdə əmək bazarına inteqrasiyasında mühüm amillərdən olduğu vurğulanıb. Tədbirlərdə iştirakçılara əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə məlumatlar, peşəyönümü məsləhətləri verilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.