www.mlspp.gov.az
Azərbaycanca   English 23.07.2017 - cı il
Xəbər lenti

Bakıda Dövlət Məşğulluq Xidmətinin potensialının gücləndirilməsinə yönələn növbəti seminar keçirilir                    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 80 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
16.05.2017

Səbail rayon Məşğulluq Mərkəzində əlilliyi olan şəxslər üçün peşəyönümü üzrə psixoloji treninq keçirilib

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Səbail rayon Məşğulluq Mərkəzində bir qrup əlilliyi olan şəxs üçün peşəyönümü üzrə “Yeni imkanlarını aç” adlı psixoloji treninq keçirilib.

Mərkəzin direktoru Fərəc Qasımzadə aktiv məşğulluq tədbirlərinin bir istiqamətinin də gənclərin düzgün peşə seçiminin dəstəklənməsinə yönəldiyini, bu məqsədlə mütəmadi olaraq tədbirlərin həyata keçirildiyini qeyd edib. O bildirib ki, bu sahədə aparılan işlərdə xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən əlilliyi olan şəxslərə peşəyönümü üzrə psixoloji dəstək verilməsi də diqqətdə saxlanılır: “Keçirilən bu treninqin məqsədi də əlilliyi olan insanların bir sıra hallarda özlərində formalaşdırdıqları “Mən heç bir peşə sahəsində bacara, uğur qazana bilmərəm” kimi şablon düşüncəni dəyişmək, onlarda özlərinə, öz bacarıqlarına, bu və ya digər peşə sahəsində çalışa və uğur qazana bilmələrinə inam hissini yaratmaqdır”.

Treninqin aparıcısı, Dövlət Məşğulluq Xidmətinin psixoloq-əməkdaşı Xatirə Səfərova əlilliyi olan şəxslərdə bir çox hallarda öz gücünə inamsızlıq kompleksinin yaşandığını, bu səbəbdən onlarda özünü təcrid etməyə vərdişin mövcud olduğunu, nəticədə onların hansısa peşə sahəsində özünü sınamağa cəhd göstərmədiklərini qeyd edib. O bildirib ki, praktik məşğələlər, sınanmış psixoloji testlər və s. vasitəsilə onlarda öz daxili potensiallarına inamı bərpa etmək, peşə maraqlarını üzə çıxararaq onları bu və ya digər əmək fəaliyyəti sahəsində özünü doğrultmaq əzminə sahib etmək mümkündür: “Bu ilk treninqdir və bir ay ərzində dörd dəfə belə treninq təşkil olunacaq. Bu məşğələlərdə psixoloji testlər nəticəsində iştirakçıların peşə potensialları müəyyən olunacaq və onlarda məhz həmin peşələrdə öz potensiallarını gerçəkləşdirməyə meyl, özünü səfərbər etmə düşüncəsi yaradılacaq”.

Treninqdə iştirak edən əlilliyi olan şəxslər belə tədbirlərin onların sosial reabilitasiya və cəmiyyətə inteqrasiya imkanlarının reallaşdırılması baxımından faydalı olduğunu vurğulayıblar.


 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.