www.mlspp.gov.az
Azərbaycanca   English 21.04.2018 - cı il
Xəbər lenti

Gələn ay Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru, davamlı inkişafın və layiqli əməyin təbliği” mövzusunda Beynəlxalq Konfrans keçiriləcək                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
15.05.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər istirahətə yola salınıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il üçün də əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinə başlanılıb və bu təbəqədən olan 100 nəfər şəxs xüsusi nəqliyyat vasitəsi ilə Lənkəran rayonunda yerləşən istirahət mərkəzinə göndərilib.

Əlilliyi olan şəxslərin istirahətə göndərilməsi nazirliyin “2017-ci ildə əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunur. Proqramda cari il ərzində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sırasında əlilliyi olan şəxslərin asudə vaxtlarının təşkili məqsədilə onların istirahət zonalarına göndərilməsi də yer alıb. Əvvəlki illərdə də bu istiqamətdə məqsədyönlü işlər aparılıb. Bu il isə 1100 nəfərdən çox əlilliyi olan şəxsin yaz-yay mövsümündə  respublikamızın səfalı guşələrindəki istirahət mərkəzlərində mənalı istirahətinin təşkil edilməsi planlaşdırılır.

Qeyd olunan Proqramda bu tədbirlə yanaşı, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyasına şərait yaradılması, respublika daxilində müalicə olunmalarına köməkliyin göstərilməsi, həmin insanların cəmiyyətə inteqrasiyasına, onlara bərabər imkanların yaradılmasına yönələn layihələrin həyata keçirilməsi, onlar arasında idman tədbirlərinin təşkil edilməsi və s. tədbirlər də nəzərdə tutulub.

Yola salınan əlilliyi olan şəxslər mənalı istirahətlərinin təşkili, ümumən əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, tibbi-sosial reabilitasiyası məqsədilə aparılan işlərdən razı qaldıqlarını bildirib, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.