www.mlspp.gov.az
Azərbaycanca   English 25.03.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi  Nazirliyində BMT-nin Əhali Fondunun regional direktoru ilə görüş olub                    Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
10.03.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın hesabat iclası keçirilib

   Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın 2016-ci il ərzində fəaliyyətinə dair hesabat iclası keçirilib.
   İclasda şuranın 2016-ci il ərzində fəaliyyətinə dair hesabat təqdim olunub. Ötən il ərzində İctimai şuranın keçirdiyi iclaslar, ictimai müzakirələr və s. barədə məlumat verilərək, qeyd olunub ki, hesabat dövründə şura tərəfindən 5 normativ hüquqi aktın layihəsinə rəy verilib. Habelə  əmək, məşğulluq, sosial müavinətlər, sosial yardım, əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası, sosial xidmət sahələrində strategiyaların inkişaf etdirilməsi, bu sahələr üzrə qanunvericiliyin təkmilləşdirilməsi üçün 45 təklif və tövsiy müzakirəyə təqdim edilib.
   Hesabat və təkliflərlə bağlı müzakirələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Əjdər Cəbiyev, İctimai şuranın sədri Mayis Əliyev, şuranın sədr müavini, Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimli, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının sektor müdiri Müqalib Mahmudov, Azərbaycan “Milli Qeyri-Hökumət Təşkilatları” Forumunun prezidenti  Rauf  Zeyni, “Əlil Sahibkarlar Təşkilatı” İctimai Birliyinin sədri  Məmməd-Vəliyev Mirzə, “İstedadlı Əlillər” İctimai Birliyinin sədri  Cavad Qasımov, “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov və başqaları çıxış ediblər.
   Geniş müzakirələrdən sonra İctimai şuranın 2016-cı il  üçün hesabatı qənaətbəxş hesab  edilib. Həmçinin Şuranın 2017-ci il üçün fəaliyyət planı da müzakirə edilərək təsdiq olunub.
   İclasda “Ən yaxşı kollektiv müqavilə” müsabiqəsinin nəticələrinə dair yaradılmış komissiyanın məruzəsi dinlənilərək müzakirə edilib. Sonra “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində  ictimai iştirakçılıq” adlı toplunun təqdimatı olub. Toplu ölkəmizdə dövlət qurumlarının faəliyyətində ictimai iştirakçılığa şərait yaradılması üçün qəbul edilmiş normativ-hüquqi aktlar və digər müvafiq sənədləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti müstəvisində bu sahədə mövcud olan uğurlu iş təcrübəsini əks etdirir.
   İclas digər aidiyyəti  məsələlər də müzakirə olunub.
   “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında fəaliyyət göstərən İctimai şurada 15 vətəndaş cəmiyyəti təmsil olunub. İctimai şuranın tərkibi və tədbirləri barədə məlumatlar nazirliyin rəsmi internet (www.mlspp.gov.az) saytının ön səhifəsindəki “İctimai şura” bölməsində yerləşdirilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.