www.mlspp.gov.az
Azərbaycanca   English 23.10.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda 5 rayonun sakinləri ilə görüşüb                    Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu Avropa Regional İclası keçirilir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
06.03.2017

Yanvar-fevral aylarında əlilliyi olan şəxslər 5 131 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin ediliblər

   Cari ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 2 150 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib.
   Onlardan 319 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər təşkil edib.
   Qeyd olunan dövrdə əlilliyi olan şəxslərə dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə 189 aşağı və yuxarı ətraf protezləri, 274 aşağı və yuxarı ətraf ortezi, 217 ədəd dirsəkaltı ağac, 75 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Həmçinin bu təbəqədən olan şəxslər 94 ədəd bel və boyun nahiyəsi üçün korset, 717 cüt ortopedik ayaqqabı, 375 cüt protez ayaqqabı, 1693 ədəd müxtəlif reabilitasiya vasitəsi, 141 cüt qoltuqaltı ağac, 558 ədəd əsa və s. ilə təmin olunublar. Əlilliyi olan şəxslərə 3 ədəd əlil arabası, 5 ədəd eşitmə aparatı da verilib. Onlara məxsus 112 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri də aparılıb. Ümumilikdə cari ilin yanvar-fevral aylarında əlilliyi olan şəxslərin 5 131 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təminatı həyata keçirilib.  
   Bu dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 122 nəfər əlilliyi olan şəxs reabilitasiya xidmətləri ilə təmin olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.