www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
07.12.2018

Azərbaycan könüllülərinin həmrəylik festivalı çərçivəsində könüllülər üçün əmək yarmarkası təşkil edilib

Azərbaycan Respublikası Gənclər Fondu, Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Gənclər və İdman Nazirlikləri və ASAN xidmətin birgə təşkilatçılığı ilə Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülərin Həmrəylik Festivalı” adlı tədbir keçirilib.
Yüzlərlə gəncin və könüllü təşkilatlarının iştirak etdiyi tədbir çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Bakı şəhər Məşğulluq İdarəsi tərəfindən könüllülər üçün əmək yarmarkası təşkil edilib. Yarmarkada 68 müəssisə tərəfindən 299  vakant iş yeri təqdim olunub, vakant iş yerlərinə göndərişlər verilib.  
Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyənlər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınıb. Özünüməşğulluq proqramı barədə də tədbir iştirakçılarına məlumat verilib, proqrama cəlb olunmaq istəyənlərin qeydiyyatı aparılıb. 

 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.