www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
05.12.2018

Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi fiziki məhdudiyyətli insanları 29,4 min müxtəlif reabilitasiya vasitəsi ilə təmin edib

Cari ilin yanvar-noyabr  aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara 1200-ə yaxın əlil arabası verilib.

Mərkəzin xətti ilə həmçinin fiziki məhdudiyyətli insanlara 1455 ədəd aşağı və yuxarı ətraf, habelə döş protezi, 1229 ədəd yuxarı və aşağı ətraf ortezi, 7995  ədəd müxtəlif reabilitasiya vasitəsi, 295 ədəd bel və boyun nahiyəsi üçün korset, 1796 cüt protez ayaqqabı, 3688 cüt ortopedik ayaqqabı, 594 ədəd dördayaqlı dayaq vasitəsi verilib. Bu təbəqədən olan insanlar həmçinin 2186 cüt qoltuqaltı və dirsəkaltı ağac, 2524 ədəd əsa və s. reabilitasiya vasitələri ilə təmin ediliblər.

Ümumilikdə, bu ilin 11 ayında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən 8,2 min əlilliyi olan şəxsə (o cümlədən 956 nəfər Qarabağ müharibəsi əlilinə) və sağlamlıq imkanları məhdud uşağa 29,4 min müxtəlif reabilitasiya vasitəsi verilib.

Bakıya gələ bilməyənlərə səyyar formada xidmətlər göstərilməklə, onlara ehtiyac duyduqları reabilitasiya vasitələri yaşadıqları ünvanlarda təqdim olunub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.