www.mlspp.gov.az
Azərbaycanca   English 19.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
08.11.2018

Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Dövlət Bayrağı Günü münasibəti ilə tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə vurğulanıb ki, bu il 100 illiyini qeyd etdiyimiz  Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan, sovet hakimiyyəti illərində qadağan edilən bayrağımız məhz 1990-cı il noyabr ayının 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisində yenidən dövlət bayrağımız kimi təsdiq edilib. Sonralar ölkəmizin dövlət müstəqilliyi bərpa olunduqdan sonra da Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamına əsasən, hər il 9 Noyabr – ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir.
2010-cu il sentyabrın 1-də isə dövlət başçısının iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılışı olub və elə orada Dövlət Bayrağı Muzeyi yaradılıb.
Tədbirdə sağlamlıq imkanları məhdud gənclərin dövlət rəmzlərini əks etdirən əl işlərinə baxış olub.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.