www.mlspp.gov.az
Azərbaycanca   English 19.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
08.11.2018

Əvvəllər birdəfəlik ödəmə almadıqlarını iddia edən bir qrup vərəsə nazirlikdə növbəti dəfə qəbul olunub

Onlara vaxtilə sığorta ödənişi verilməsi üçün tərtib olunmuş aidiyyəti sənədlər təqdim olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şəhid hərbi qulluqçuların əvvəllər sığorta ödənişini almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsəsi ilə nazirliyin və Dövlət Sığorta Kommersiya Şirkətinin rəhbər vəzifəli şəxsləri növbəti dəfə görüş keçirib.
Ümumilikdə 13 şəhid hərbi qulluqçunun yaxın qohumu – Quluzadə Sevinc Zahid qızı, Allahverdiyeva Zeynəbxatın Qurban qızı, Həsənova Fazilə Hüseynalı qızı, Babayeva Namidə Əlövsət qızı, Ziyadxanov Əsəd Fərman oğlu, Abdullayev Gülağa Cabbar oğlu, Qocayev Toğrul Etibar oğlu, Ağabalayeva Sədaqət Rzabəy qızı, Şükürova Zenfira Əlibala qızı, Həsənova Kifayət Savalan qızı, Musayeva Əskinaz Tapdıq qızı, Qasımova Minayə Əmir qızı və Bayramov Oruc Sultanəli oğlu ilə görüş keçirilib və onlara vaxtilə sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı müvafiq qurumların arxiv materialları arasından aşkar edilmiş sənədlər təqdim edilib.
Şəhid hərbi qulluqçulara görə sığorta ödənişinin alınması üçün vaxtilə müvafiq hərbi komissarlıqların arayışları əsasında notariat kontorlarına təqdim etdikləri ərizələr və bu ərizələrə uyğun olaraq notariat kontorlarından verilmiş vərəsəlik şəhadətnamələri (həmin şəhadətnamədə bu sənədin yalnız sığorta ödənişi alınması üçün verildiyi qeyd edilir), həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələbinə əsasən sığorta ödənişinin həyata keçirilməsi ilə bağlı rəsmi qeydiyyatın aparıldığı möhürlə təsdiqlənmiş jurnaldakı müvafiq ödənişə dair qeydlər onların diqqətinə çatdırılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.