www.mlspp.gov.az
Azərbaycanca   English 19.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
07.11.2018

DOST Mərkəzləri üzrə vəzifə təlimatları hazırlanıb

Bakıda yaradılacaq ilk mərkəz üçün işçi heyətin seçimi də aparılıb 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” publik hüquqi şəxsin (DOST Agentliyi) və “DOST” mərkəzlərinin yaradılması istiqamətində yol xəritəsi əsasında işlər davam edir.

Görülən işlər çərçivəsində “DOST” mərkəzləri üzrə çalışacaq əməkdaşlar üçün onların bilməli olduqları məsələləri, fəaliyyət istiqamətlərini, vəzifə öhdəliklərini, hüquqlarını, məsuliyyətini və s. əhatə edən 25 vəzifə təlimatı da hazırlanıb. Bakıda yaradılacaq və ilkin mərhələdə Yasamal və Səbal rayonlarının əhalisinə xidmət göstərəcək ilk “DOST” mərkəzi üçün işçi heyətinin seçimi prosesi də aparılıb.

“DOST” mərkəzlərində dövlət sosial xidmətlərinin geniş bir hissəsinin (əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta və s. üzrə xidmətlər) “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla,  şəffaf və sadələşdirilmiş proedurlarla, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması təmin olunacaq.

Eyni zamanda, mərkəzlərdə çalışacaq əməkdaşların fəaliyyətində əsas prinsip müraciət edən vətəndaşlarla mədəni, səmimi, onların məmnun qala biləcəyi nəzakətli davranış tərzinə malik olmaqdır. Vəzifə təlimatlarının hazırlanması və işçi heyətinin seçimində müvafiq bilgi və bacarıqlarla yanaşı, bu cəhətlərə də xüsusi diqqət yetirilir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.