www.mlspp.gov.az
Azərbaycanca   English 21.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
11.10.2018

Fiziki məhdudiyyətli insanlara reabilitasiya vasitələri elə yaşadıqları rayonlara, bir hissəsinə evlərinə aparılaraq təqdim edilib

Növbəti səyyar xidmət çərçivəsində 5 rayon üzrə 125 nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya vasitələri ilə təmin olunub 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən Quba, Qusar, Siyəzən, Xaçmaz, Şabran rayonlarında yaşayan 125 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa reabilitasiya vasitələri elə yaşadıqları rayonlara, bir hissəsinə isə evlərinə aparılaraq təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi qayğısı həmin insanların tibbi-sosial reabilitasiyası istiqamətində tədbirlərin ildən-ilə gücləndirilməsinə şərait yaradıb. Bu tədbirlər sırasında reabilitasiya vasitələri ilə təminat da mühüm yer tutur. Eyni zamanda, reabilitasiya sisteminin əlilliyi olan  insanlara daha əlçatan olmasının təmin edilməsi üçün müvafiq işlər görülür. Reabilitasiya vasitələrini əldə etmək üçün özlərinin (və ya yaxınlarının)  Bakıya gəlmək imkanı olmayan insanlara elə yaşadıqları rayonlarda, rayon mərkəzinə gələ bilməyənlərə isə evlərində həmin vasitələrin təqdim olunması da bu işlərdən biridir.

Tədbir çərçivəsində 125 nəfərdən 3 nəfərinə əlil arabası, 122 nəfərinə isə əvvəlcədən götürülən ölçülərinə uyğun hazırlanmış  protez-ortopedik məmulatlar, habelə qoltuqaltı və dirsəkaltı ağaclar, əsalar, dizliklər və s. verilib.

Reabilitasiya vasitələri ilə təmin olunan insanlar, onların ailə üzvləri sosial cəhətdən həssas qruplara göstərilən diqqət və qayğıya, müvafiq hallarda əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların elə yaşadıqları rayonlarda və evlərində reabilitasiya vasitələri ilə təmin edilmələrinə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, bu ilin 9 ayında Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən ümumilikdə 5870 nəfər əlilliyi olan şəxs (o cümlədən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 763 nəfər vətəndaş) və sağlamlıq imkanları məhdud uşağa protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlara ümumilikdə 17,7 mindən çox reabilitasiya vasitəsi, o cümlədən 800-ə yaxın əlil arabası verilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.