www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
08.08.2018

Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı normativ sənədlərin layihələri hazırlanıb

Azərbaycanda  Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılması ilə bağlı normativ sənədlərin layihələri hazırlanıb. Əmək bazarının daimi müşahidəsi və monitorinqinin aparılması, strateji məşğulluq sahələri və kadr tələbatı üzrə orta, eləcə də uzunmüddətli dövrü əhatə edən proqnozlaşdırma sisteminin yaradılması Milli Observatoriyanın əsas məqsədini təşkil edəcək.
Əmək bazarı üzrə Milli Observatoriyanın yaradılmasında qabaqcıl dünya təcrübəsindən istifadəyə xüsusi önəm verilir. Bu istiqamətdə Avropa Təhsil Fondu ilə də əməkdaşlıq edilməkdədir.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsilinin və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə əmək bazarında strateji məşğulluq sahələrinin müəyyən edilməsi və kadr tələbatının proqnozlaşdırılması mühüm yer tutur.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.