www.mlspp.gov.az
Azərbaycanca   English 17.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
28.07.2018

Günərzi qayğı mərkəzinin uşaqları üçün yay düşərgəsi təşkil olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişi əsasında Ağcabədi rayonunda fəaliyyət göstərən günərzi qayğı mərkəzinin uşaqları üçün Şəki və Qax rayonlarında yay düşərgəsi təşkil olunub.
“İnkişaf Naminə İdman” İctimai Birliyi  tərəfindən yaradılan mərkəzə çətin həyat şəraitində yaşayan 30-dan çox uşaq (o cümlədən sağlamlıq imkanları məhdud olan uşaqlar) qəbul edilib. Onlar gündəlik olaraq və gün ərzində yarımstasionar formada sosial xidmətlərlə təmin olunurlar.
Burada uşaqlar həmçinin müxtəlif dərnəklərə cəlb edilməklə ilkin bacarıqları inkişaf etdirilir, onların cəmiyyətə inteqrasiyası üçün müvafiq işlər aparılır. Eyni zamanda, Ağcabədi rayonunda yay fəslində havaların isti keçdiyi nəzərə alınmaqla, mərkəzdəki uşaqların yay aylarında respublikanin digər sərin bölgələrində yay düşərgələri təşkil edilir.
Rayonun yerli iş adamlarının dəstəyi ilə Şəki və Qax rayonlarında yay düşərgəsinin təşkil olunması belə tədbirlərin davamıdır. Beş gün davam edəcək tədbirdə məqsəd mərkəzə qəbul edilmiş çətin həyat şəraitində yaşayan uşaqların yay aylarında asudə vaxtının səmərəli təşkili, onların Azərbaycanın gözəl təbiətə malik olan bölgələrində dincəlmələri, dünyagörüşlərinin artırılmasıdır.  

 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.