www.mlspp.gov.az
Azərbaycanca   English 22.08.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
27.07.2018

Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

Bu ilin 6 ayında sistemdə  əlavə olaraq 1 587 əcnəbiyə fərdi şəxsi hesab açılıb

Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirlər əldə edən əcnəbilər də məcburi dövlət sosial sığorta sisteminə cəlb olunurlar.
Cari ilin birinci yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən fərdi uçot sistemində əlavə olaraq 1 587 əcnəbiyə fərdi şəxsi hesab açılıb. 2018-ci ilin 01 iyul tarixinə fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir. Onların sırasında Тürkiyə (20 174 nəfər),  Gürcüstan (4 698 nəfər) və Rusiya  (2 927 nəfər) vətəndaşları çoxluq təşkil edir.  
Fondun fərdi uçot sistemində ümumilikdə 142 ölkənin vətəndaşları qeydiyyatdadır.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.