www.mlspp.gov.az
Azərbaycanca   English 16.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
10.07.2018

Cari ilin 6 ayında ƏƏSMN-nin bərpa mərkəzləri 5,7 min nəfərə reabilitasiya xidmətləri göstərib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) bərpa mərkəzləri tərəfindən cari ilin ilk yarımilində 5,7 min nəfər əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq reabilitasiya xidmətləri ilə təmin edilib. Onlardan 4,5 min nəfərə stasionar, 1,2 min nəfərə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Hazırda ƏƏSMN-nin ölkənin bütün bölgələri üzrə 14 bərpa-müalicə müəssisəsi fəaliyyət göstərir. Reabilitasiya mərkəzlərində qeyd olunan insanların  sosial statusunun bərpası və cəmiyyətə inteqrasiyası üçün onlar fizioterapevtik müalicə üsullarının geniş tətbiqi şəraitində kompleks tibbi və sosial, peşə reabilitasiyası  tədbirlərinə cəlb olunurlar.
Həmçinin sağlamlıq imkanları məhdud uşaqların bərpası prosedurlarının tətbiqi ilə yanaşı, onlarla bağlı müəyyən tədris metodikaları da həyata keçirilir.
Yanvar-may aylarında 4,7 min nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa protez-ortopedik bərpa xidmətləri göstərilməklə, onlara ümumilikdə 12,8 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi, o cümlədən 700 əlil arabası verilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.