www.mlspp.gov.az
Azərbaycanca   English 16.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
09.07.2018

Cari ilin 6 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxsləri 12,8 mindən çox protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib

Bu il əlilliyi olanlara 700 əlil arabası verilib
 
Cari ilin ilk yarımilində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən 4722 nəfər əlilliyi olan şəxsə protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlardan 600 nəfərə qədərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş vətəndaşlar təşkil edib.
Yanvar-iyun aylarında həmin müəssisələr tərəfindən əlilliyi olan şəxslər 527 ədəd aşağı və yuxarı ətraf, habelə döş protezi, 637 ədəd yuxarı və aşağı ətraf ortezi, 188 ədəd bel və boyun nahiyəsi üçün korset, 408 cüt protez ayaqqabı, 1971 cüt ortopedik ayaqqabı, 477 ədəd dördayaqlı dayaq vasitəsi, 3409 ədəd müxtəlif reabilitasiya vasitəsi, 434 cüt qoltuqaltı və 552 cüt dirsəkaltı ağac və s. ilə təmin ediliblər. Həmçinin əlilliyi olanlara 700 əlil arabası verilib.
Ümumilikdə cari ilin 6 ayı ərzində əlilliyi olan şəxslərin 12825 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.
Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində hesabat dövründə 308 nəfər əlilliyi olan şəxsə stasionar şəraitdə reabilitasiya xidmətləri göstərilib.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.