www.mlspp.gov.az
Azərbaycanca   English 11.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
07.07.2018

Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayonunda regional müşavirə keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayonunda həmin rayon, habelə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Mingəçevir, Naftalan, Yevlax, Bərdə rayonlarındakı şöbələrinin əməkdaşlarının iştirakı ilə regional müşavirə keçirib.
Müşavirədə Fondun fəaliyyət istiqamətləri üzrə görülən işlər, sosial təminat növlərinin təyinatı üzrə əhaliyə göstərilən xidmətin vəziyyəti ətraflı müzakirə edilib. Fondun direktor müavini Cavid Abdullayev sosial sığorta daxilolmaları üzrə həmin rayonlarda əldə olunan nəticələri, bu sahədə ayrı-ayrı şöbələrin büdcə proqnozlarını yerinə yetirmədiklərini, sosial sığorta edənlərlə işin təşkilində, sosial təminat növlərinin təyinatı sahəsində əhaliyə xidmətlərdə yol verilən nöqsanları diqqətə çatdırıb.
Rayon şöbələrinin hər birinin fəaliyyəti ayrı-ayrılıqda təhlil olunub. Sosial sığorta münasibətlərinin sığorta-pensiya sisteminin tələblərinə uyğun və tam şəffaf qurulması, bu sahədə fiziki və hüquqi şəxslərlə işin düzgün təşkili ilə bağlı müşavirə iştirakçılarına təlimatlar verilib. Sosial təminat növlərinin təyinatı zamanı süründürməçilik, vətəndaşların müraciətlərinin cavablandırılmasının gecikdirilməsi hallarına yol verən şöbələrin fəaliyyəti tənqid olunub. Mövcud olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması tapşırılıb.
Sosial sığorta daxilolmalarında əhəmiyyətli artımların təmin edilməsi və sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına əməl olunması üçün zəruri tədbirlərin görülməsi, vətəndaşlarla münasibətlərdə etik davranış qaydalarının rəhbər tutulması, müraciətlərin vaxtında, tam və dolğun şəkildə cavablandırılması və s. barədə tapşırıqlar verilib.
 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.