www.mlspp.gov.az
Azərbaycanca   English 25.09.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
06.07.2018

Son bir ayda 142 - “Çağrı mərkəzi” tərəfindən 12,1 mindən çox müraciət cavablandırılıb

Cari ilin iyun ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 - “Çağrı mərkəzi”nə vətəndaşlar tərəfindən 12111 müraciət daxil olub.
Müraciətlər sosial təminat, tibbi-sosial reabilitasiya, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına cəlb olunma, əmək qanunvericiliyinə əməl olunması, sığorta-pensiya sistemi, bu sahələr üzrə elektron xidmətlərdən istifadə və s. məsələlərlə bağlı olub. Onlardan 96 faizə qədərini  sorğu xarakterli müraciətlər təşkil edib.
Sorğuların hər biri nazirliyin aidiyyəti sahələr üzrə mütəxəssisləri tərəfindən operativ və ətraflı cavablandırılıb. Araşdırılması tələb olunan sorğular nazirliyin aidiyyəti struktur bölmələrində baxılıb və müvafiq tədbirlər görülüb.  
SMS-məlumatlandırma xidməti də davam etdirilərək, ötən ay vətəndaşların aidiyyəti məsələlər üzrə məlumatlandırılması məqsədilə 34611 SMS göndərilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.