www.mlspp.gov.az
Azərbaycanca   English 24.06.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                   Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
12.06.2018

Peşə Reabilitasiya Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib.
“Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi tərəfindən təşkil edilən tədbirdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib.
Əlil ictimai birliklərinin, Qarabağ müharibəsi veteranlarının da iştirak etdiyi tədbirdə Milli Qəhrəman Asif Məhərrəmovun həyatı və şərəfli döyüş yolu, şücaəti barədə məlumat verilib. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirən, bu döyüşlərdə qəhrəmancasına həlak olan Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı, onların həyat və mübarizə yolunun tariximizə qızıl hərflərlə yazılmış vətənpərvərlik nümunələri olduğu vurğulanıb.
“Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri İlham Məhərrəmov layihənin Milli Qəhrəmanlarımızın daha yaxından tanıdılması və eyni zamanda, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə vermək məqsədinə xidmət etdiyini bildirib. O layihə çərçivəsində Mərkəzdə Milli Qəhrəmanlar Mübariz İbrahimov, Cavanşir Rəhimov, Çingiz Qurbanov, Sahil Məmmədov və başqaları ilə bağlı tədbirlərin də təşkil olunacağını bildirib.
Tədbirdə Milli Qəhrəman Asif Məhərrəmov haqqında çəkilmiş film nümayiş olunub, Laçın musiqi məktəbinin ansamblının ifasında vətənpərvərlik mahnıları səsləndirilib.
 


Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.