www.mlspp.gov.az
Azərbaycanca   English 13.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
14.05.2018

Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən bir qrup gənc Türkiyənin Antalya şəhərində keçirilən festivalda iştirak edib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzindən 6 nəfər gənc (Mərkəzin iki nəfər müəlliminin müşaiyəti ilə) “Əlilliyi olan şəxslər Həftəsi” çərçivəsində Türkiyənin Antalya şəhərində keçirilən musiqili teatr festivalında çıxış ediblər.
Həmin gənclərin festivalda iştirakına şərait yaradılması “Azərbaycandan və Türkiyədən olan sağlamlıq imkanları məhdud gənclərin mübadilə Proqramı”na əsasən “Xoşbəxtlik emalatxanası” (“Mutluluk atolyesi”) layihəsi çərçivəsində təmin edilib. Proqrama uyğun olaraq, onların 15 gün müddətində qardaş ölkədə sağlamlıq imkanları məhdud gənclərin reabilitasiyası üzrə mərkəzlərdə olmaları, müxtəlif peşə hazırlığı kurslarında iştirakı nəzərdə tutulub.
Səfər zamanı musiqili teatr festivalında da iştirak edən gənclərin təqdim etdikləri musiqi və teatr səhnəcikləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində indiyədək 1400 nəfərdən çox gənc peşə hazırlığı kurslarına qəbul olunub. Burada kurslarda müxtəlif peşələrə yiyələnən gənclər ayrı-ayrı incəsənət növləri üzrə dərnəklərə də cəlb edilir, müvafiq sahədə bacarıqlarının inkişaf etdirilməsi üçün işlər aparılır.
 

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.