www.mlspp.gov.az
Azərbaycanca   English 22.05.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib                    Ötən ay fərdi uçot sistemində 18 970 nəfər şəxs qeydiyyata alınıb

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
11.05.2018

Ötən ay fərdi uçot sistemində 18 970 nəfər şəxs qeydiyyata alınıb

Hazırda sistemdə fərdi şəxsi hesabı olanların sayı 3 626 942 nəfər təşkil edir
 
Cari ilin aprel ayında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində əlavə olaraq 18 970 nəfərə uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə fərdi şəxsi hesab açılıb.
Həmin şəxslərin hər birinə sığortaolunan kimi uçota alındıqlarını və onlar üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilib. Vətəndaş fərdi şəxsi hesabında onun üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəticəsində gələcək pensiya təyinatı üçün pensiya kapitalı toplamaq imkanı əldə edir.
Nəticədə vətəndaşların fərdi uçot sistemində iştirakı stimullaşdırılmaqla, sistemin əhatə dairəsi getdikcə genişlənir. Bu müsbət tendensiyanın davamı olaraq,
sistemdə qeydiyyatda olan sığortaolunanların sayı 1 may 2018-ci il tarixinə ötən ilin müvafiq dövrünə nisbətən 154 779 nəfər artaraq 3 626 942 nəfərə çatıb.
Bununla yanaşı, sığortaolunanların fərdi şəxsi hesablarında toplanan sığorta kapitalının hər il indeksləşdirilərərk artırılması da təmin olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Sığortaolunanlara məlumatların verilməsi” elektron xidməti isə vətəndaşlara fərdi şəxsi hesablarında yığılmış pensiya kapitalları barədə məlumat əldə etmək, onlar üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi prosesinə nəzarət etmək imkanı verir.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.