www.mlspp.gov.az
Azərbaycanca   English 12.12.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
09.03.2018

Əmək haqqının ödənilməsinin forma və qaydaları, əmək haqqından tutulmalar barədə işəgötürənlərə məlumatlar verilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair növbəti məlumatlandırma tədbiri kimi, Abşeron rayonunda “Əmək haqqının ödənilməsinin formaları, qaydaları və əmək haqqından tutulmalar” mövzusunda seminar keçirib.

Rayon ərazisində fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlərin nümayəndələrinin iştirakı ilə keçən tədbirdə ilk növbədə əmək haqqının verilməsinin müddətləri ilə bağlı əmək qanunvericiliyində əksini tapan prinsiplərdən bəhs olunub. Əmək haqqının illik dövr üçün hesablanan işçilərə ayda bir dəfədən az olmayan müddətdə verilməli olduğu, kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətlərinin də müəyyən edilə bildiyi diqqətə çatdırılıb. Əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirildiyi hallarla bağlı qanunvericiliyin tələbləri, işçilərin haqq-hesab sənədlərinin tərtib edilməsi üzrə qaydalar, əmək haqqının verilmə yeri, forması və ödənilmə vahidi barədə də iştirakçılar ətraflı məlumatlandırılıb.

Seminarda əmək haqqından tutulmalara yol verilən hallar və bunun icrası qaydası da qeyd olunub, əmək haqqından tutulan məbləğlərin miqdarının məhdudlaşdırılması ilə bağlı hüquqi prinsiplər diqqətə çatdırılıb. Tədbirdə orta əmək haqqı və onun hesablanması qaydası, əməyin ödənilməsinin təminatları, müəssisə ləğv edildiyi hallarda işçilərin əmək haqqı, sosial müdafiə xarakterli ödəmələrinin, o cümlədən istifadə etmədikləri məzuniyyətə görə pul əvəzinin ödənilməsi ilə bağlı Əmək Məcəlləsinin tələbləri barədə də məlumatlar verilib.

İştirakçıların müvafiq iş ilinə görə məzuniyyətə çıxmış və həmin iş ili bitənədək işdən çıxdığı halda məzuniyyətin işlənməmiş günlərinə düşən məzuniyyət pulunun ödənilməsi, hansı hallarda işçinin iş yeri və orta əmək haqqının saxlanılması, işçinin müəssisənin gəlirindən pay almaq hüququ, qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərə digər təminatların verilməsinin tənzimlənməsi qaydaları və s. barədə sualları da cavablandırılıb. Seminar zamanı aidiyyəti mövzuda məlumatlandırıcı bukletlər də paylanıb. Tədbirdə ayrı-ayrı işəgötürənlər Əmək Məcəlləsinin müvafiq maddələrinin icrası sahəsində gördükləri işlər barədə məlumat veriblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.