www.mlspp.gov.az
Azərbaycanca   English 25.06.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şirvan şəhərində 4 şəhər və rayonun sakinləri ilə görüşüb                   Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
27.02.2018

Almaniya mütəxəssislərinin iştirakı ilə peşəyönümü xidmətlərinə dair təlim kurslarına başlanılıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin rayon (şəhər) Məşğulluq mərkəzlərinin “Məşğulluq mərkəzləri və peşə məktəblərinin mütəxəssisləri üçün peşəyönümü üzrə potensialın gücləndirilməsi” mövzusunda təlim kurslarına başlanılıb.
Bununla əlaqədar keçirilən tədbirdə Nazirliyin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov bildirib ki, əhaliyə göstərilən məşğulluq xidmətlərinin bir istiqaməti də gənclərin malik olduqları bacarıqlara və əmək bazarının tələblərinə uyğun düzgün peşə və ixtisas seçiminin dəstəklənməsi üçün peşəyönümü tədbirlərinin təşkilinə yönəlib. Bu tədbirlər zamanı gənclərə, habelə rayon (şəhər) Məşğulluq Mərkəzlərinə müraciət edən işaxtaran gənclərə mövcud əmək bazarı, hansı peşə və ixtisaslara tələbatın olması barədə məlumatlar, peşəyönümü məsləhət və tövsiyələri verilir. Dövlət Məşğulluq Xidməti tərəfindən aparılan işlərin nəticəsi olaraq respublikanın bütün orta ümumtəhsil məktəbləri peşəyönümü xidməti ilə əhatə olunub, bunun üçün lazımi metodiki vasitələr, anket-sorğu materialları ilə təmin ediliblər.
Qeyd olunub ki, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən icra edilən “Cənubi Qafqazda Özəl Sektorun İnkişafı, Peşə Təhsili və Təlimi Proqramı” çərçivəsində əhalinin səmərəli məşğulluğunun təmin olunmasının dəstəklənməsi, peşə təhsili və təliminin inkişafı sahəsində tədbirlər həyata keçirilir. Təşkilatın nümayəndələri ilə keçirilən görüşlərdə Proqram çərçivəsində Almaniya Federativ Respublikasının mütəxəssisləri tərəfindən 2018-ci il ərzində ölkəmizdə müvafiq sahədə çalışan əməkdaşlar üçün peşəyönümü xidmətlərinə dair təlim kurslarının təşkil olunması, iqtisadiyyatın kənd təsərrüfatı, turizm sahələri üzrə əmək bazarında tələb olunan 8 adda peşə modullarının cari il ərzində hazırlanması üzrə əməkdaşlğa dair razılıq əldə olunub. Həmçinin müvafiq olaraq işsiz və işaxtaran vətəndaşlar üçün peşə hazırlığı kurslarının təşkil olunması nəzərdə tutulur.
Hazırda ilk mərhələsinə başlanılan bu təlim təlim kurslarında məqsəd peşəyönümü sahəsi üzrə əməkdaşların qabaqcıl Avropa təcrübəsi əsasında bilik və bacarıqlarının artırılması, bu əsasda vətəndaşların əmək bacarıqlarına və əmək bazarının tələblərinə uyğun peşə və ixtisas seçiminin dəstəklənməsinə yönələn peşəyönümü işinin keyfiyyətinin artırılmasıdır.
İlk təlim kursu Almaniyadan olan mütəxəssislər -fəxri doktor Tomas Şröder, Sven Şult və Jasmin Borqert tərəfindən aparılır. Növbəti təlim kursunun cari ilin aprel ayında keçirilməsi nəzərdə tutulur.
 


Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.