www.mlspp.gov.az
Azərbaycanca   English 21.05.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib                    Ötən ay fərdi uçot sistemində 18 970 nəfər şəxs qeydiyyata alınıb

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
01.02.2018

Azərbaycan və Türkiyə arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın işçi heyətinin toplantısı keçirilib

Xəbər verdiyimiz kimi, Türkiyə Respublikasının əmək və sosial müdafiə naziri xanım Jülide Sarıeroğlunun  başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Səfər proqramına uyğun olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi  arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın işçi heyətinin toplantısı keçirilib.

Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev iki nazirlik arasında əlaqələrin inkişafından bəhs edib, Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın fəaliyyətinin bu sahədə mühüm rolunu diqqətə çatdırıb. İ.İsayev hər iki nazirliyin fəaliyyət sahələrində aparılan işlərlə, xüsusən həyata keçirilən islahatlar və tətbiq olunan innovativ yeniliklərlə bağlı ikitərəfli təcrübə mübadilələrinin getdikcə genişlənməsinin əhəmiyyətini vurğulayıb. Son illərdə Azərbaycanın əmək və sosial müdafiə sahələrində aparılan sistem xarakterli islahatlar, həyata keçirilən aktiv  əmək bazarı proqramları barədə məlumat  verən nazir müavini işçi heyətləri səviyyəsində keçirilən bu görüşün gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən olunması baxımından xüsusi önəm kəsb etdiyini bildirib.

Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyinin müştəşarı Ahmet Erdem ötən dövrdə iki nazirlik arasında formalaşan uğurlu əməkdaşlıq əlaqələrinin qarşıdakı dövrdə davam etdirilməsi və daha da genişləndirilməsinin məqsədəuyğun olduğunu vurğulayıb. O, ölkəmizdə qurulan elektron sistemlərin müvafiq sahələrdə müasir, səmərəli, şəffaf idarəetmə və iş mexanizmlərinin qurulması baxımından xüsusi önəmini diqqətə çatdırıb. 

Toplantıda ötən dövrdə əməkdaşlıq sahəsində görülmüş işlərə toxunulub, əlaqələrin inkişafı baxımından qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub və bu əsasda gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən  edilməsi üzrə təkliflər nəzərdən keçirilib.

Tədbir çərçivəsində ölkəmizdə əmək və sosial müdafiə, sığorta-pensiya, əlilliyin qiymətləndirilməsi sahələrində yaradılan və mötəbər beynəlxalq qurumlar tərəfindən mütərəqqi təcrübə nümunələri kimi qəbul edilərək təbliğ olunan elektron sistemlər (Əmək müqaviləsi bildirişi üzrə Elektron İnformasiya Sistemi, Pensiyaların avtomatlaşdırılmış təyinatı sistemi, Fərdi uçot sistemi, Ünvanlı dövlət sosial yardımı üzrə Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemi) barədə Türkiyə nümayəndə heyətinin üzvləri üçün təqdimatlar edilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.