www.mlspp.gov.az
Azərbaycanca   English 19.11.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
30.01.2018

Ötən il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxsləri tərəfindən 11 751 nəfər vətəndaş fərdi qaydada qəbul edilib

Vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin obyektiv şəkildə cavablandırılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində mühüm yer tutur. Bu istiqamətdə işlərin davamı olaraq, 2017-ci ildə nazirliyin  rəhbərliyi və məsul şəxsləri  tərəfindən 11 751 nəfər vətəndaş  fərdi qaydada qəbul edilib. Həmin şəxslərdən 11 097 nəfəri nazirliyin Qəbul otağına müraciət edənlər olub. 

Vətəndaşlardan 773 nəfəri (o cümlədən nazirlikdə 119 nəfər və “Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq ölkəmizin rayon və şəhərlərində keçirilən qəbullar zamanı 654  nəfər) əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən qəbul edilib. Həmçinin 418 nəfər vətəndaş nazir müavinləri və aparat rəhbəri, qalan vətəndaşlar isə nazirliyin struktur bölmələrinin məsul şəxsləri tərəfindən qəbul edilərək müraciətləri dinlənilib. Müraciətlərin əksər hissəsində sosial təminat, pensiya və müavinət təyinatı, əmək qanunvericiliyi, tibbi-sosial ekspertiza və əlillərin reabilitasiyası, sosial sığorta və s. məsələlərə dair sorğular ifadə olunub. Belə müraciətlərlə əlaqədar vətəndaşlara aidiyyəti üzrə hüquqi izahatlar verilməklə, digər müraciətlərdə əksini tapan məsələlər araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Son illərdə əmək və sosial müdafiə sahələri üzrə əhaliyə xidmət sektorlarında elektron sistemlərin tətbiqi nəticəsində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi və şəffaflığın təminatı nazirliyin Qəbul otağına müraciət edənlərin sayının getdikcə azalmasına səbəb olub. Bu tendensiyanın davamı kimi, 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qəbul otağına müraciət edənlərin sayında (11 097 nəfər) əvvəlki illə (39 347 nəfər) müqayisədə 3,5 dəfə azalma qeydə alınıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.