www.mlspp.gov.az
Azərbaycanca   English 22.02.2018 - cı il
Xəbər lenti

Müharibə və 20 Yanvar əlillərinə, şəhid ailələrinə Prezidentin təqaüdünün artırılması haqqında Sərəncamlar ümumilikdə 33,6 min nəfərə şamil olunacaq                    Azərbaycan Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
26.01.2018

İctimaiyyətlə əlaqələrin təşkilində və ictimai məlumatlandırmada sosial şəbəkələrdən geniş istifadə olunur

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ictimaiyyətlə əlaqələrin təşkilində və ictimai məlumatlandırmada sosial şəbəkələrdən istifadəyə də xüsusi önəm verilir.  
Bu sahədə aparılan işlərin davamı kimi, son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətləri üzrə həyata keçirilən tədbirlər barədə hazırlanmış 400-dən çox məlumat aidiyyəti foto və video materiallarla birlikdə nazirliyin rəsmi facebook səhifəsində yerləşdirilib. Hazırda bu səhifənin izləyicilərinin sayı 43 mindən çoxdur ki, bu da mərkəzi icra hakimiyyəti orqanları arasında ən yüksək göstəricilərdən biridir.
Nazirliyin rəsmi facebook səhifəsi vasitəsilə vətəndaşların müvafiq sahələrlə bağlı müraciətlərinin cavablandırılması işi də aparılır. Ötən il həmin səhifə vasitəsilə vətəndaşlar tərəfindən edilmiş 2173 müraciətin cavablandırılması təmin edilib. Müraciətlərin 61,6 faizi sosial təminat növləri, 8,8 faizi məşğulluğun təminatı, 7,5 faizi əlillərin tibbi-sosial ekspertizası və reabilitasiyası, 5 faizi əmək qanunvericiliyi, qalan hissəsi isə nazirliyin səlahiyyət dairəsinə aid digər məsələlərlə bağlı olub. Böyük əksəriyyəti sorğu xarakteri daşıyan həmin müraciətlər nazirliyin aidiyyatı bölmələrinin məsul şəxslərinin iştirakı ilə  vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericiliyə uyğun şəkildə cavablandırılıb.
Youtube kanalında isə 2017-ci il ərzində nazirliyin tədbirləri ilə bağlı 100-ə yaxın videosüjet yerləşdirilib. Ötən il nazirliyin İnstagram səhifəsi də fəaliyyətə başlayıb. Həmçinin nazirliyin twitter hesabı daimi olaraq yenilənir.
Qeyd olunan sosial şəbəkələrə girişi daha da asanlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) onlara birbaşa keçid linkləri də yaradılıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.