www.mlspp.gov.az
Azərbaycanca   English 16.10.2018 - cı il
Xəbər lenti

ƏƏSMN-nin sifarişi ilə 21 rayon və şəhərdə icma əsaslı sosial reabilitasiya mərkəzləri fəaliyyət göstərir                   Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 45 539 nəfərdir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
25.12.2017

Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə 10 milyon 453 min dəfə müraciət olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən isə ötən dövrdə 22,3 milyon dəfədən çox istifadə edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi əmək münasibətlərinin elektron qaydada rəsmiləşdirilərək şəffaflaşdırılmasına şərait yaratmaqla, əmək bazarı iştirakçılarının qanuni maraq və mənafelərinin təminatına hüquqi əsas formalaşdırır.

Əmək müqaviləsi bildirişlərinin elektron qeydiyyatına,  işçilərə onlarla bağlı sistemə daxil edilən əmək müqaviləsi bildirişləri barədə məlumat, iş yerinə dair elektron qaydada arayış əldə etməyə imkan verən bu sistem  “Elektron hökumət”in əhatə dairəsinin genişlənməsində xüsusi rola malikdir. Bunun göstəricisi kimi, ötən dövrdə “Elektron hökumət” portalına ümumi müraciətlərin 17,5 faizi və ya portala müraciətlərin 10 milyon 453 mini Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminə aid olub.

2014-cü ilin iyul ayından tətbiqinə başlanan həmin sistem özündə üç e-xidməti - “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi”, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” və “İş yerinə dair arayış” e-xidmətlərini birləşdirir.  Ölkəmizin əmək qanunvericiliyinə əsasən, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra rəsmiləşir. Bu prosedur “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti vasitəsilə icra edilir. Əhalinin ən çox müraciət etdiyi e-xidmətlər sırasında olan bu e-xidmətdən indiyədək 8 milyon 410 min dəfədən çox istifadə qeydə alınıb.

Həmçinin  “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidməti işçilərə onlarla bağlı sistemə daxil edilən bütün əmək müqaviləsi bildirişləri barədə məlumat öyrənməyə, “İş yerinə dair arayış” e-xidməti  isə  hər bir işçiyə işəgötürənə müraciət  etmədən və  bunun üçün vaxt, zəhmət sərf olunmadan istənilən vaxt öz iş yerinə dair elektron qaydada arayış əldə etməyə imkan verir. Bu e-xidmətlərə isə indiyədək müvafiq olaraq 1 milyon 262 min 300 dəfə və 780 min 700 dəfə müraciət olunub.

Ümumilikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə hazırda 30-a qədər e-xidmət əhalinin istifadəsindədir və ötən dövrdə həmin e-xidmətlərdən  22,3 milyon dəfədən çox istifadə edilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.