www.mlspp.gov.az
Azərbaycanca   English 24.05.2018 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında İctimai Şuranın üzvləri ilə görüş keçirib                    Ötən ay fərdi uçot sistemində 18 970 nəfər şəxs qeydiyyata alınıb

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
07.12.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayı 35,8 faiz azalıb

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə xidmətlərin innovativ əsaslar üzərində təkmilləşdirilməsi, bu xidmətlər sektorunda şəffaflığın təmin edilməsi vətəndaşlar tərəfindən nazirliyin “Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin də sayının getdikcə azalmasına səbəb olur.
Cari ilin noyabr ayında da həmin müraciətlərin sayında azalma müşahidə edilib. Belə ki, ötən ay Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə əvvəlki oktyabr ayı ilə müqayisədə 6,9 %, keçən ilin müvafiq dövrünə nisbətən 35,8 faiz az olmaqla 13 826 müraciət daxil olub. Müraciətlərin 95,6 faizini sosial təminat növlərinə hüququn müəyyən olunması, əmək qanunvericiliyi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətləri, əmək və sosial müdafiə sahələrində fəaliyyət göstərən elektron xidmətlərdən istifadə qaydaları və s. ilə bağlı sorğular təşkil edib. Sorğu xarakterli müraciətlərlə əlaqədar nazirliyin müvafiq sahələr üzrə mütəxəssisləri tərəfindən vətəndaşlara dolğun və aydın şəkildə hüquqi izahatlar verilib.
Müraciətlərin qalan 4,4 faizi ilə bağlı onların məzmununa uyğun olaraq müraciət vərəqəsi tərtib olunmaqla baxılması üçün nazirliyin aidiyyəti struktur bölmələrinə göndərilib. Qısa müddət ərzində həmin müraciətlər obyektiv şəkildə araşdırılaraq nəticəsi əsasında müvafiq tədbirlər görülüb.
Ümumilikdə cari ilin yanvar-noyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri”nə 134 533 müraciət daxil olub və hər bir müraciətin qanunvericiliyin tələblərinə uyğun cavablandırılması təmin olunub.
Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.