www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
05.12.2017

Cari ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslər  28,9 min  protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin olunub

Ötən ay Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslərə əlavə olaraq 3 116 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. Bu təbəqədən olan şəxslərin dayaq-hərəkət sisteminin itirilmiş funksiyalarının bərpası məqsədilə bu ilin yanvar-noyabr aylarında onların ümumilikdə 28 936protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təminatı həyata keçirilib.

Belə ki, cari ilin 11 ayında əlilliyi olan insanlara  908  ədəd əlil arabası, 1 188 ədəd  aşağı və  yuxarı  ətraf  protezi,  1 582 ədəd aşağı və yuxarı ətraf ortezi, 573 ədəd bel və boyun nahiyəsi üçün korset, 8270 ədəd müxtəlif reabilitasiya vasitələri, 2 425  cüt protez ayaqqabı, 4 233 cüt ortopedik ayaqqabı, 221 ədəd ortopedik aparat verilib. Eləcə də qeyd olunan şəxslər 1 258 cüt dirsəkaltı ağac, 657 ədəd dördayaqlı dayaq vasitəsi, 707 cüt qoltuqaltı ağac, 1 870 ədəd əsa, 560 ədəd eşitmə aparatı və s. ilə təmin olunublar. Əlilliyi olan şəxslərə məxsus 700 reabilitasiya vasitəsi və protez-ortopedik məmulat da təmir edilərək, yenidən onların istifadəsinə verilib. 

Yanvar-noyabr aylarında protez-ortopedik bərpa xidmətləri göstərilənlərin sayı 12 161 nəfər olub ki, onlardan 1 470 nəfərini ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olanlar şəxslər təşkil edib.

Həmin dövrdə Mərkəzin və onun Gəncə şəhərindəki filialının stasionar bölmələrində 585 nəfər əlilliyi olan insana müxtəlif reabilitasiya xidmətləri (onurğa sutunu zədələnmiş spinal əlillərin reabilitasiyası, skoliozlu uşaqların reabilitasiyası, uşaqların serebral iflicinin fəsadlarının, anadangəlmə bəzi qüsur və deformasiyaların aradan qaldırılması və s.) də göstərilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.