www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
04.12.2017

Noyabr ayında “İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artıb

İndiyədək bu e-xidmətə 752,4  min dəfə müraciət olunub

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən təqdim etdiyi “İş yerinə dair arayış” elektron xidməti işəgötürənə müraciət olunmadan, bunun üçün müəyyən vaxt sərf edilmədən, istənilən vaxt iş yerinə dair arayış əldə edə bilməyə imkan verir. Bunun nəticəsidir ki, həmin e-xidmətə müraciətlərin sayı artmaqda davam edir və cari ilin noyabr ayında da “İş yerinə dair arayış” e-xidmətinə müraciətlərin sayı keçən ilin müvafiq dövrünə nisbətən 56,8 faiz artaraq 35452-yə çatıb.

Müvafiq autentifikasiya vasitələrindən istifadə etməklə sistemə “E-hökumət” portalına daxil olan istifadəçi burada “E-xidmətlər” bölməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan xidmətlər siyahısından “İş yerinə dair arayış” xidmətini seçir. Bu elektron xidmətə daxil olduqda müvafiq menyular ekranda əks olunur və “Yeni arayış” menyusu seçildikdən sonra istifadəçi müvafiq məlumatları daxil edərək iş yeri ilə bağlı arayışı formalaşdırır. Həmçinin istifadəçinin aidiyyəti üzrə arayışı əmək haqqı göstərilməklə və ya göstərilmədən, konkret quruma təqdim etmək üçün, yaxud ümumi təyinatlı arayış kimi formalaşdırmaq, onu istər kağız formasında çap edərək təqdim etmək, istərsə də lazımi elektron ünvana göndərmək və s. imkanları vardır.

 “İş yerinə dair arayış” xidməti kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesində mühüm rol oynayır. Digər tərəfdən, bu e-xidmət iş yeri ilə bağlı arayış alınması və  təqdim olunması sahəsində bir sıra bürokratik halların aradan qalxmasına, arayışlarda bir qayda olaraq real və dürüst məlumatların əksini tapmasına şərait yaradır. Qeyd olunan amillər isə müvafiq qurumlarda “İş yerinə dair arayış” e-xidməti vasitəsilə formalaşan arayışlara üstünlük verilməsinə səbəb olub.

İndiyədək “İş yerinə dair arayış” e-xidmətinə  752,4 min dəfə müraciət olunub ki, bu da “E-hökumət” portalındakı 18 növdə e-arayış xidmətləri üzrə ümumi müraciətlərin təqribən yarıya qədərini təşkil edir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.