www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
01.12.2017

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Kürdəmir rayonunda 7 rayonun sakinləri ilə görüşəcək

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 8-də Kürdəmir rayonunda həmin rayonun və Ucar, Zərdab, İmişli, Beyləqan, Füzuli, Xocavənd rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə dair müraciətlərin nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılması və müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tədbirlərin görülməsi təmin ediləcək.
Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə, Nazirliyin Ümumi şöbəsinə (012 596 44 07), nazirlik yanında Dövlət Sosial Müdafiə  Fondunun Kürdəmir  (020 255 02 07),  Ucar  (020 213 01 17), Zərdab (029 296 36 66), İmişli (021 246 35 01), Beyləqan (021-225 28 03), Füzuli (026 315 54 06),  Xocavənd (021 223 53 16) rayonları üzrə şöbələrinə müraciət edərək qəbula yazıla bilərlər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.