www.mlspp.gov.az
Azərbaycanca   English 23.11.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub                    Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
14.11.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın cari ildə gördüyü işlər müzakirə olunub

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın növbəti iclasında şuranın 2017-ci ilin ötən dövrünə aid hesabatı, habelə şuraya daxil olan müraciətlərə baxılması sahəsində görülən işlər və  digər  məsələlər müzakirə edilib.
İclası giriş sözü ilə açan İctimai şuranın sədri Mayis Əliyev şuranın 2017-ci ilin ötən dövrünə aid hesabatını slaydlar vasitəsi ilə təqdim edib. Cari ildə şuranın 4 iclas, 2 görüş, 2 ictimai müzakirə (dəyirmi masa) keçirdiyi, 5 normativ hüquqi akta rəy verdiyi, vətəndaşlar və müxtəlif təşkilatlar tərəfindən şuraya 45 müraciətin daxil olduğu bildirilib. Hesabatla yanaşı, Şuranın cari ildə əmək, məşğulluq, sosial müdafiə sahələri ilə bağlı irəli sürdüyü təklif və tövsiyələr də müzakirə edilib.       
Hesabat və təkliflərlə bağlı müzakirələrdə “Konstitusiya” Araşdırmalar Fondunun” Prezidenti Əliməmməd Nuriyev, “Hemofiliyalı xəstələrin Respublika Assosiasiyası”nın prezidenti Gülnarə Hüseynova, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə,   “Əlil Qadınlar” Cəmiyyətinin prezidenti Məhluqə Rəhimova, “Mina Qurbanlarının Sosial və İqtisadi Problemlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Məmmədhəsən Həsənov, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Rövşən Ağamalıyev, “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin İcraçı-direktoru Tələt Qasımov  və başqaları çıxış ediblər. 
İctimai şuranın 2017-ci il üçün hesabatı qənaətbəxş hesab  edilib. İclasın sonunda şuraya daxil olan müraciətlərdə əksini tapan məsələlərin həlli ilə bağlı görüləcək işlər də müzakirə edilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.