www.mlspp.gov.az
Azərbaycanca   English 23.11.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində UNİCEF-in Mərkəzi və Şərqi Avropa, MDB ölkələri üzrə regional direktoru ilə görüş olub                    Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın növbəti iclası keçirilib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
13.11.2017

Dövlət Əmək Müfəttişliyi Xidməti gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən hər bir vətəndaş müraciəti diqqətlə və obyektiv şəkildə araşdırılaraq, işçilərin əmək hüquqlarının müdafiəsi, o cümlədən əmək haqqı və digər sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarının aradan qaldırılması üçün aidiyyəti işlər görülür.
   Xidmətin vətəndaş müraciətlərinə əsasən həyata keçirdiyi tədbirlər nəticəsində   cari ilin yanvar-oktyabr aylarında işəgötürənlər tərəfindən gecikdirilmiş sosial xarakterli ödənişlərdən ibarət 96 360 manat məbləğində vəsaitin işçilərə ödənilməsi təmin edilib.  Həmin vəsaitin 93,2 faizi gecikdirilmiş əmək haqlarından, 4,1 faizi işəgötürənlərin ödəməli olduqları  sosial müavinətlər və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Yanvar-oktyabr aylarında Xidmətə daxil olan müraciətlərin araşdırılması zamanı ayrı-ayrı vətəndaşların işdən qeyri-qanuni şəkildə azad olunduqları aşkar edilib və onlar yenidən əvvəlki işlərinə bərpa etdiriliblər.
   Sosial xarakterli ödənişlərin gecikdirilməsi hallarına yol verən işəgötürənlərə bu ödənişlərin vaxtlı-vaxtında ödənilməsi ilə əlaqədar qanunvericiliyin müvafiq maddələri üzrə hüquqi izahatlar verilib. Həmçinin cari ilin 10 ayında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyində əksini tapan normalar, əməyin mühafizəsi ilə bağlı standartlar barədə məlumatlandırma işləri, əmək münasibətləri sahəsində uşaq hüquqlarına dair maarifləndirmə tədbirləri də davam etdirilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.