www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
11.10.2017

“Pensiya sistemi və onun əsas prioritetləri” mövzusunda ixtisasartırma kurslarının təşkilinə başlanılıb

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi tərəfindən “Pensiya sistemi və onun əsas prioritetləri” mövzusunda ixtisasartırma kurslarının təşkilinə başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin  mütəxəssisləri üçün nəzərdə tutulan kursların təşkili müvafiq sahədə çalışan əməkdaşların pensiya sisteminə dair bilik və təcrübəsinin artırılması, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin müvafiq sahədə dünya təcrübəsi ilə tanışlığına şərait yaradılması məqsədinə yönəlib. Kurslar nazirliyin struktur bölmələrində çalışan dövlət qulluqçularının mütəmadi olaraq ixtisaslarının artırılması üzrə 2017-ci il üzrə təsdiq edilmiş tədris proqramına əsasən həyata keçirilir. Müvafiq tədris qrafikinə uyğun olaraq cari ilin sonunadək kurslara Fondun rayon (şəhər) şöbələrinin pensiya sektorlarının müdirləri, baş məsləhətçiləri və məsləhətçilərindən ibarət 300 nəfərədək mütəxəssisin cəlb olunması nəzərdə tutulub.

Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi tərəfindən  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin mütəxəssisləri üçün “Tibbi-sosial ekspertizanın və əlillərin reabilitasiyası işinin təşkilinin əsas məsələləri”, habelə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarının mütəxəssisləri üçün “Əhalinin sosial müdafiəsi sistemi və onun əsas prioritetləri” mövzusunda metodik vəsaitlərin hazırlanması işləri də davam etdirilir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.