www.mlspp.gov.az
Azərbaycanca   English 19.10.2017 - cı il
Xəbər lenti

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda 5 rayonun sakinləri ilə görüşüb                    Türkiyənin İstanbul şəhərində BƏT-in 10-cu Avropa Regional İclası keçirilir

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
10.10.2017

Son bir ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə yarım milyondan çox müraciət olunub

Bu ilin 9 ayında nazirliyin  e-xidmətlərinə 7 milyon 6 min 738 dəfə müraciət edilib

Son illərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sistem xarakterli islahatlar nazirliyin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastruktur əsasında formalaşmasına, əhalinin bu sahələr üzrə xidmətlərdən elektron qaydada, real vaxt rejimində, çevik və şəffaf şəkildə istifadəsinə şərait yaradıb.

Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 30-a yaxın elektron xidmət fəaliyyət göstərir ki, təkcə ötən ay bu e-xidmətlərə  keçən ilin sentyabr ayı ilə müqayisədə 20,7 faiz çox olmaqla 520 205 müraciət qeydə alınıb. Nazirliyin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti yenə də nazirliyin ən çox istifadə olunan e-xidməti olub.  Sentyabr ayında bu e-xidmətə  212 161 dəfə müraciət edilib. Eləcə də əhali “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi” e-xidmətinə 32 904 dəfə, “Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətinə isə 29 362 dəfə müraciət edib.

Ötən ay “İş yerinə dair arayış”, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”,  “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi”, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi”, “Sığortaolunanlara məlumatların verilməsi” və s. e-xidmətləri də daha çox müraciətin qeydə alındığı e-xidmətlər sırasında olublar. Həmçinin “Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru”, “Pensiyaçıya məlumatın verilməsi” və digər e-xidmətlərə  sentyabr ayında da böyük ictimai maraq müşahidə edilib.

Ümumilikdə cari ilin yanvar-sentyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə  7 milyon 6 min 738 müraciət qeydə alınıb.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.