www.mlspp.gov.az
Azərbaycanca   English 18.12.2017 - cı il
Xəbər lenti

Sosial tərəfdaşlar və beynəlxalq ekspertlərlə birgə dayanıqlı əmək haqqı siyasətinin formalaşdırılması məsələlərinə dair seminar keçirilir                    Əhali ötən dövrdə əmək və sosial müdafiə sahələri üzrə elektron xidmətlərdən 22 milyon 200 min dəfə istifadə edib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
09.10.2017

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağsu rayonunda 5 rayonun sakinləri ilə görüşəcək

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov oktyabrın 13-də Ağsu rayonunda həmin rayonun və Şamaxı, Qobustan, İsmayıllı, Göyçay rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə cavablandırılacaq və müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır.
Vətəndaşlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142-“Çağrı mərkəzi”nə, Nazirliyin Ümumi şöbəsinə (012 596 44 07), nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Ağsu (020 226 52 69), Şamaxı (020 265 14 15), Qobustan (020 245 22 30), İsmayıllı (020 285 35 83), Göyçay (020 274 61 35) rayonları üzrə şöbələrinə müraciət edərək qəbula yazıla bilərlər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.