www.mlspp.gov.az
Azərbaycanca   English 23.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
08.09.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 65 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salınıb

Cari ilin yaz-yay mövsümündə 1165 nəfər əlilliyi olan şəxsin istirahət mərkəzlərinə göndərilməsi təmin edilib

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq, daha 65 nəfər əlilliyi olan şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasına yola salınıb.

Qeyd edək ki, nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən, cari ildə 1100 nəfərdən çox əlilliyi olan şəxsin istirahətinin təşkil olunması nəzərdə tutulmuşdu. Buna uyğun olaraq, bu ilin yaz-yay mövsümündə ümumilikdə nazirlik tərəfindən 1165 nəfər əlilliyi olan şəxsin istirahət mərkəzlərinə göndərilməsi təmin edilib. Onlardan 550 nəfərinin Xaçmaz, 365 nəfərinin Lənkəran, 250 nəfərinin isə Quba rayonundakı müvafiq mərkəzlərdə istirahəti təşkil olunub. Həmin şəxslərin istirahət mərkəzlərinə aparılması və qaytarılması xüsusi  nəqliyyat vasitəsi ilə həyata keçirilib.   

İstirahətə yola salınan əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin onlara göstərdiyi yüksək diqqət və qayğısından razı qaldıqlarını vurğulayıblar. Bildirilib ki, ölkəmizdə aparılan sosial siyasət sosial cəhətdən həssas qruplara aid insanların, o cümlədən əlilliyi olan şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması, tibbi-sosial reabilitasiyası istiqamətində işlərin də getdikcə güclənməsinə səbəb olub. Bu təbəqədən olan şəxslərin sosial müavinət və Prezident təqaüdlərinin, əmək pensiyalarının məbləği mütəmadi olaraq artırılır. Həmçinin, ötən illərdə olduğu kimi cari ilin ötən dövründə də müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların dövlət büdcəsi hesabına mənzillərlə və müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində mühüm tədbirlər davam etdirilib.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.