www.mlspp.gov.az
Azərbaycanca   English 23.09.2017 - cı il
Xəbər lenti

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya ofisinin rəhbəri ilə görüş olub                    Pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı növbəti seminar-müşavirə keçirilib

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
06.09.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri”nə  edilən müraciətlərin 95,7 faizi sorğu xarakterli olub

Cari ilin avqust ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 və 190-“Çağrı mərkəzləri”nə vətəndaşlar tərəfindən 11 890 müraciət daxil olub. Müraciətlər əsasən sosial təminat, əmək qanunvericiliyi, pensiya və müavinətlər, sosial sığorta,  məşğulluğun təminatı, tibbi-sosial ekspertiza və reabilitasiya, əmək və sosial müdafiə sahəsində elektron xidmətlərdən istifadə ilə bağlı sahələri əhatə edib.
Nazirliyin mütəxəssiləri tərəfindən operativ və dolğun şəkildə cavablandırılmış vətəndaş müraciətlərinin 95,7 faizi və ya 11 376-sı sorğu xarakterli olub. Həmin sorğularla  bağlı qanunvericiliyin müvafiq müddəaları əsasında vətəndaşlara hüquqi izahatlar verilib. Qeyri-sorğu xarakterli müraciətlər isə nazirliyin aidiyyəti bölmələrində  araşdırılaraq müvafiq tədbirlər görülüb və nəticəsi barədə vətəndaşlar məlumatlandırılıb.
“Çağrı mərkəzləri”nə daxil olan müraciətlərin sayında azalma meyli avqust ayında da davam edib. Ay ərzində “Çağrı mərkəzləri” vasitəsilə cavablandırılmış zənglərin sayı iyul ayı ilə müqayisədə 3,9 % azalıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Çağrı mərkəzləri” nazirliyin səlahiyyətlərinə dair məsələlər, o cümlədən sosial təminat, əlilliyin müəyyən edilməsi və tibbi-sosial reabilitasiya, məşğulluğun təminatı, iş yerlərində əmək qanunvericiliyinə əməl olunması, bu sahələr üzrə elektron xidmətlərdən istifadə ilə əlaqədar vətəndaşların məlumat, sorğu və şikayət xarakterli müraciətlərinin qəbul edilərək operativ şəkildə cavablandırılması məqsədinə xidmət edir.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.