www.mlspp.gov.az
Azərbaycanca   English 21.11.2017 - cı il
Xəbər lenti

Yeni Azərbaycan Partiyasının əsas ideyası olan sosial dövlət prinsipi sosial ədalətin bərqərar edilməsini vacib şərtə çevirmişdir                    Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində tərəfdaş ölkələrlə təcrübə mübadiləsi aparılır

İctimaiyyətlə əlaqələr / Press-Relizlər
29.08.2017

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 85 nəfər əlilliyi olan şəxs istirahət mərkəzinə yola salınıb

   Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin istirahətinin təşkili sahəsində görülən işlərin davamı kimi, bu təbəqədən olan daha 85 nəfər şəxs Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərilib.
   Nazirliyin “2017-ci il üçün əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən bu ilin yaz-yay mövsümündə 1100 nəfər əlilliyi olan şəxs istirahət mərkəzlərinə göndərilib. Onlardan 485 nəfərinin Xaçmaz, 365 nəfərinin Lənkəran, 250 nəfərinin isə Quba rayonundakı istirahət mərkəzlərində istirahəti təşkil edilib. Əlilliyi olan şəxslərin istirahət mərkəzlərinə aparılması və müəyyən müddətdən sonra geri qaytarılması üçün nəqliyyat vasitəsi də ayrılıb.
   Əlilliyi olan şəxslərin yola salınması zamanı bildirilib ki,  bu təbəqədən olan insanların hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin edilməsi Azərbaycanda aparılan sosial siyasətin əsas hədəflərindəndir. Hər ilin yaz-yay mövsümündə əlilliyi olan şəxslərin istirahətinin  təşkili də onların cəmiyyətin digər üzvləri kimi bərabər imkanlara malik olmalarına yönələn tədbirlərdən biridir. Hazırda ölkəmizdə pensiya və sosial müavinət, sosial xidmət sistemi ilə əhatə olunanların mühüm bir hissəsini əlilliyi olan şəxslər təşkil edir. Həmin insanların reabilitasiya  xidmətləri ilə təminatı sahəsində də məqsədyönlü işlər aparılır. Təkcə bu ilin 7 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 11 min nəfərə yaxın əlilliyi olan şəxs bərpa-müalicə və protez-ortopedik xidmətlərlə təmin edilib. Həmçinin onlara ümumilikdə  17,5 minədək  protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib.
   İstirahətə yola salınan əlilliyi olan şəxslər yaz-yay mövsümündə onlara  ölkəmizin səfalı güşələrində istirahət etmək imkanının yaradılmasına, ümumən sosial cəhətdən həssas qruplardan olan vətəndaşların sosial müdafiəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

Videoarxiv
Fotoarxiv
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi regionlarda

© 2011. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet informasiya resursu.
Müəllif hüquqları qorunur.